Nigar Bağırova Dünya Kubokunda 30-cu yerlə kifayətlənib
22.05.2008 - 10:05
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda iştirak edən 4 idmançımızdan heç biri medal qazana bilməyib. Turnirin son günündə 10 metrlik məsafədən pnevmatik tapança ilə hədəfə atəş açan Nigar Bağırova da uğursuzluğa düçar olub. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı 380 xal toplayaraq, 30-cu yeri tutub. İlk “səkkizliy”ə düşə bilməyən N.Bağırova mübarizəni təsnifat mərhələsində dayandırıb. Öncə qüvvəsi sınayan Ruslan Lunyov, Şükürağa Eyvazov və Mehriban Məcidova da fəxri kürsüyə yüksəlməyi bacarmamışdılar. Güllə atıcılarımız mayın 24-də start götürəcək Dünya Kubokunun növbəti mərhələsinə qatılmaq üçün bu gün Münhendən İtaliyanın Milan şəhərinə yollanıblar.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0