Azərbaycanı Sankt-Peterburqda keçiriləcək beynəlxalq turnirdə Şakir Şıxəliyev təmsil edəcək
22.05.2008 - 10:35
Bakı. Kənan Həsənov - APA-Sport. Mayın 24-də Rusiyanın Sankt-Peterburq şəhərində idman gimnastikası üzrə beynəlxalq turnir start götürəcək. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, olimpiya çempionu Aleksandr Detyatinin xatirəsinə həsr olunan yarışda ölkəmizi cəmi bir idmançı təmsil edəcək. Sankt-Peterburqda milli komandanın lideri Şakir Şıxəliyev mübarizə aparacaq. Turnirə mayın 25-də yekun vurulacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0