Azərbaycanda idman televiziya kanalının açılması ilə əlaqədar elan edilən müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb
22.05.2008 - 11:04
Şura sədri deyib ki, belə bir qərarın verilməsinə müsabiqəyə sənəd təqdim olunmaması səbəb olub: “Biz qanunvericiliyə uyğun olaraq vaxtı bir ay uzatdıq”.
MTRŞ sədri yaranmış vəziyyətlə bağlı təəssüfləndiyini bildirib: “Bəzən insanlar bizi tender elan etməməkdə günahlandırırlar. Amma elan edəndə də iştirak edən olmur. Bu onu göstərir ki, hazırda Azərbaycanda xüsusi sahə kanallarının açılması çətin məsələdir. Burada böyük maliyyə vəsaiti tələb olunur. Həm də reklam bazarındakı məhdudiyyət kanalın özünü tam maliyyələşdirilməsində müəyyən problemlər yarada bilər. Yəqin ki, insanlar bundan çəkinərək müraciət etmirlər”.
Şura sədri deyib ki, qarşıdakı bir ay ərzində də sənəd verən olmasa, MTRŞ müsabiqəni ləğv edib, gələcəkdə məsələyə yenidən qayıdacaq.
Qeyd edək ki, MTRŞ Azərbaycanda idman kanalının açılması ilə bağlı aprelin 21-də müsabiqə elan edib.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0