Azərbaycan güləşçisi Şalva Qadabadze Serbiyada keçirilən lisenziya xarakterli beynəlxalq turnirin qalibi olub
24.05.2008 - 10:58
“APA-Sport” agentliyinin məlumatına görə, bütün rəqiblərini məğlub edən gürcüstanlı legioner birinci yeri tutmaqla yanaşı, olimpiadada iştirak hüququna da yiyələnib. Ş.Qadabadze (84 kq) ardıcıllıqla Hannes Harinq (Avstriya), Laymutis Adomaitis (Litva), Andrian Mokanu (Moldova) və Xristo Diyanov Marinovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Pəhləvanımız finalda çətinlik çəkmədən slovakiyalı Attila Batkiyə də qalib gələrək, baş mükafata sahib çıxıb. Bu gün baş məşqçi Elçin Cəfərovun daha bir yetirməsi Aydın Səfərov da eyni uğuru təkrarlamağa çalışacaq. 96 kq çəki dərəcəsində yarışacaq idmançımız ilk “üçlük”də yer alacağı təqdirdə, Pekin Olimpiadasına vəsiqə qazanacaq. 55 ölkədən 170 güləşçinin qatıldığı beynəlxalq turnir bu axşam yekunlaşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0