“Qərb Universiteti” basketbol klubu Azərbaycan çempionatının bürünc medalını qazanıb
26.05.2008 - 11:36
Bakı. Kənan Həsənov - APA-Sport. Kişi basketbolçular arasında Azərbaycan çempionatına üçüncü yer uğrunda oyunla yekun vurulub. Bu haqda “APA-Sport” agentliyinə Basketbol Federasiyasının vitse-prezidenti Azər Babayev məlumat verib. Onun sözlərinə görə, çempionatın bürünc medalını “Qərb Universiteti” klubu qazanıb. Bu komanda seriyanın dördüncü matçında “Az.Top” klubunu 67:55 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bundan öncə milli komandanın baza klubu “NTD Servis Devon” ardıcıl üç oyunda “Qala”ya qalib gələrək Azərbaycan çempionu tituluna sahib çıxıb.
Qeyd edək ki, bundan öncə milli komandanın baza klubu “NTD Servis Devon” ardıcıl üç oyunda “Qala”ya qalib gələrək Azərbaycan çempionu tituluna sahib çıxıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0