Heydər Babayev: “Həndbolda yaxın gələcəkdə əvvəlki uğurları üstələyəcək nailiyyətlər qazanacağıq”
26.05.2008 - 17:27
“APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Həndbol Federasiyasının prezidenti Heydər Babayev deyib. O, Azərbaycan həndbolunun gələcəyinə inandığını bildirib: “Ölkəmizdə əvvəl olduğu kimi, qadın həndbolu daha çox inkişaf edib. Federasiya bu sahədə uzunmüddətli planlar üzərində işləyir. Milli komandaya əcnəbi mütəxəssis cəlb etmişik. Sadəcə, vaxtilə lazımi qayğı göstərilmədiyindən müəyyən bir həndbolçu nəslini itirmişik. İndi bu boşluğu aradan qaldırmağa çalışırıq. Fikrimcə, yaxın gələcəkdə əvvəlki uğurları üstələyəcək nailiyyətlər qazanacağıq. Mən bir federasiya prezidenti kimi buna inanıram”.
Qeyd edək ki, Azərbaycanın həndbol üzrə milli komandaları indiyədək Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazana bilməyib.
Qeyd edək ki, Azərbaycanın həndbol üzrə milli komandaları indiyədək Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazana bilməyib.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0