Famil Süleymanov AİBA prezidentinin şərəfinə təşkil olunan turnirdə yaponiyalı boksçuya uduzub
27.05.2008 - 10:57
Bakı. Kənan Həsənov - APA-Sport. Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunun şərəfinə təşkil olunan beynəlxalq turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, ilk dəfə keçirilən yarışa Azərbaycan milli komandasının üç üzvü də qatılıb. 64 kq çəki dərəcəsində rinqə çıxan Famil Süleymanov ilk döyüşdə yaponiyalı Kavaçi Masatsuqiyə 5:13 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıb. Pekin olimpiadasına lisenziya qazanan Samir Məmmədov (51 kq) ilk döyüşünü Luis Riçard Bruno Culiyə (Mavritaniya) qarşı keçirəcək. 69 kq çəki dərəcəsindəki təmsilçimiz Emil Məhərrəmov isə kamerunlu Cozef Mulema ilə qarşılaşacaq. Mayın 31-də başa çatacaq turnirdə 126 boksçu iştirak edir.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0