Azərbaycan qılıncoynadanı reytinq cədvəlində 83-cü pillədə qərarlaşıb
29.05.2008 - 17:05
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının üzvlərinin mövqeyində dəyişiklik qeydə alınıb. Təmsilçilərimizdən ən yaxşı göstərici yenə Janna Muradqızına məxsusdur. Üç pillə irəliləyən komandamızın rusiyalı legioneri 22 xalla 83-cü sırada qərarlaşıb. Pekin olimpiadasına yollanmağa namizəd Səbinə Əmrahzadə dörd pillə irəliləyib və 16 xalla 104-cü yeri tutub. Üç pillə irəliləyən Sevil Bünyatova (10 xal) 129-cu, cəmi bir pillə yüksələn Aidə Ələsgərova (4 xal) 187-ci olub. Mövqeyində dəyişiklik qeydə alınmayan milli komandamız 148 xalla 33 yığmanın sıralamasında 15-ci yeri tutub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0