Azərbaycan milli komandası Şotlandiyaya itkilərlə gedir
30.05.2008 - 10:56
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın basketbol üzrə milli komandası iyunun 17-dən 22-dək Şotlandiyada keçiriləcək Avropa çempionatının C divizionu ərəfəsində növbəti ciddi itki ilə üzləşib. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Elxan Əliyev məlumat verib. Onun sözlərinə görə, komanda oyun qurucusu Zaur Paşayevi itirib. Belə ki, təcrübəli basketbolçu kor bağırsağından cərrahiyyə əməliyyatı olunub. Zaqatalada təlim-məşq toplanışında olan millinin heyətindən kənarlaşdırılan Z.Paşayevin bərpa prosesi təxminən bir ay çəkəcək.
Qeyd edək ki, ciddi zədə ucbatından Rusiyanın “Ural-Qreyt” klubunun şərəfini qoruyan Aleksandr Rındin də Avropa çempionatında milli komandamıza kömək edə bilməyəcək.
Qeyd edək ki, ciddi zədə ucbatından Rusiyanın “Ural-Qreyt” klubunun şərəfini qoruyan Aleksandr Rındin də Avropa çempionatında milli komandamıza kömək edə bilməyəcək.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0