Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibi qələbə qazana bilməyib
02.06.2008 - 12:32
Bakı. Elşən Məmmədov - APA-Sport. İyunun 7-də start götürəcək futbol üzrə Avropa çempionatı öncəsi bir sıra yoldaşlıq görüşləri keçirilib. «APA-Sport» agentliyinin məlumatına görə, oyunlardan dördü qitə birinciliyinə vəsiqə qazanan ölkələrin yığma komandaları arasında olub. Son seçmə tsikldə Azərbaycan yığma komandası ilə eyni qrupda mübarizə aparmış Polşa millisi Danimarkanın müqavimətini qıra bilməyib. Yunanıstan – Ermənistan matçında da heç-heçə qeydə alınıb. Hollandiya yığmasının Uelsi yenməsi nə qədər təbii idisə, Ukrayna millisinin Stokholmda Avropa çempionatında çıxış edəcək İsveçi məğlubiyyətə uğratması bir o qədər gözlənilməz qarşılanıb.
İsveç – Ukrayna – 0:1
Nazarenko, 82
Ermənistan – Yunanıstan – 0:0
Hollandiya – Uels – 2:0
Robben, 35, Sneyder, 54
Polşa – Danimarka – 1:1
Krjınovek, 43 – Vinqord, 28
İsveç – Ukrayna – 0:1
Nazarenko, 82
Ermənistan – Yunanıstan – 0:0
Hollandiya – Uels – 2:0
Robben, 35, Sneyder, 54
Polşa – Danimarka – 1:1
Krjınovek, 43 – Vinqord, 28
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0