Azərbaycan milli komandasının hesabından 41 xal silinib
02.06.2008 - 14:57
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası bir neçə gün əvvəl keçirilən yarışların yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının dörd üzvündən ən yaxşı göstərici Janna Muradqızına məxsusdur. Əvvəlki siyahı ilə müqayisədə 10 pillə geriləyən komandamızın rusiyalı legioneri 18 xalla 93-cü sırada qərarlaşıb. Pekin Olimpiadasına yollanmağa namizəd Səbinə Əmrahzadə (16 xal) isə 104-cü pillədəki mövqeyini qoruyub. Qırx pillə geriləyən Sevil Bünyatova (6 xal) 169-cu, cəmi bir pillə yüksələn Aidə Ələsgərova (4 xal) 186-cı olub. Mayda keçirilən bir neçə nüfuzlu yarışa qatılmayan milli komandamızın hesabından isə 41 xal silinib. Buna baxmayaraq, komandamız 107 xalla 33 yığmanın sıralamasında 15-ci pillədəki yerini qoruyub.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0