Yıldıray Baştürk: “Terimin baş məşqçi olduğu dövrdə Türkiyə yığmasının formasını geyinməyəcəyəm”
02.06.2008 - 18:23
Ştutqart. Elşən Məmmədov - APA-Sport. “Fatih Terimin baş məşqçi olduğu dövrdə Türkiyə milli komandasının formasını geyinməyəcəyəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniyanın “Ştutqart” klubunun yarımmüdafiəçisi Yıldıray Baştürk deyib. 30 yaşlı futbolçunun belə reaksiyasına səbəb onun adının Türkiyə millisinin 2008-ci il Avropa çempionatına yollanacaq 23 nəfərlik heyətə daxil edilməməsi olub. Lakin Y.Baştürk “ay-ulduzlular”ın çıxışlarına biganə qalmayacağını vurğulayıb: “Komandamızın taleyi mənim üçün əhəmiyyətsiz sayıla bilməz. Terimin rəhbərlik etdiyi kollektivdə isə özümü görmürəm”.
Qeyd edək ki, Almaniya doğulan futbolçu Türkiyə yığmasının heyətində 2002-ci il dünya çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, Almaniya doğulan futbolçu Türkiyə yığmasının heyətində 2002-ci il dünya çempionatında bürünc medal qazanıb.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0