“Ural-Qreyt” klubunun prezidenti: “Rındin yeni mövsümdə komandaya ciddi kömək etməyə hazırdır”
03.06.2008 - 10:20
Bakı. Kənan Həsənov - APA-Sport. “Biz heyəti gücləndirməyi qarşıya məqsəd qoymuşuq. Komandaya cəlb olunan ilk potensial basketbolçu isə Aleksandr Rındindir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın “Ural-Qreyt” basketbol klubunun prezidenti Andrey Aqişev söyləyib. A.Aqişev milli komandamızın üzvünün yeni mövsümdə komandasının gücünə güc qatacağını bildirib: “Mərkəz oyunçusu olan Aleksandr 225 sm boya malikdir. Bu oğlanın çəkisində nəzərə çarpan artım var. Fikrimcə, Rındin yeni mövsümdə komandaya ciddi kömək etməyə hazırdır”.
Qeyd edək ki, A.Rındin ötən mövsümdə “Ural-Qreyt-2” klubunun heyətində Rusiya çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, A.Rındin ötən mövsümdə “Ural-Qreyt-2” klubunun heyətində Rusiya çempionatının gümüş medalını qazanıb.
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0