Azərbaycan karateçiləri Dünya Kubokunda mübariz aparacaqlar
04.06.2008 - 14:48
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycan karateçiləri İsveçin Eslov şəhərində keçiriləcək Dünya Kubokuna qatılacaqlar. Bu haqda «APA-Sport» agentliyinə milli komandamızın baş məşqçisi Hidayət Şabanov məlumat verib. Onun sözlərinə görə, iyunun 27-də start götürəcək yarış bütün yaş kateqoriyalarında keçiriləcək. Lakin H.Şabanov ölkəmizin əsasən, yeniyetmə və gənclərin mübarizəsində təmsil olunacağını açıqlayıb: «Böyüklərdən ibarət yığmamız iki ay öncə Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında ölkəmizi layiqincə təmsil ediblər. İndi biz eyni uğuru yeniyetmə və gənc karateçilərimizdən gözləyirik. Bu səbəbdən, böyüklərdən ibarət komandamızın əksər üzvlərini daha məsul yarışlara hazırlayacağıq». Yarış dörd gün davam edəcək.
Qeyd edək ki, Avropa çempionatında karateçilərimiz bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında karateçilərimiz bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0