Azərbaycan milli komandasının üzvü sabah Moskvada əməliyyat olunacaq
05.06.2008 - 13:52
Bakı. Aqşin Əliyev - APA-Sport. Cüdo üzrə Azərbaycan yığmasının üzvü Ramilə Usubovanın səhhətində problem yaranıb. “APA-Sport” agentliyinin məlumatına görə, gənc idmançı boğaz nahiyəsindəki ağrılardan əziyyət çəkir. Son vaxtlar sağlıq durumu daha da pisləşən R.Usubova cərrahiyyə əməliyyatı olunmalıdır. O, sabah Rusiyanın paytaxtı Moskvada cərrah stoluna çıxacaq. Buna görə R.Usubova müəyyən müddət milli komandadan kənarda qalacaq və qarşıdakı iki təlim-məşq toplanışında iştirak etməyəcək. Buna baxmayaraq, əməliyyat onun karyerasını davam etdirməsinə əngəl törətməyəcək. Həkimlər cüdoçunun bir aydan sonra məşqlərə başlaya biləcəyi barədə rəy veriblər.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0