Azərbaycanın gimnastları Avropa çempionatının ikinci günündə də medal qazana bilməyiblər
06.06.2008 - 14:50
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Turin şəhərində keçirilən bədii gimnastika üzrə XXIV Avropa çempionatının ikinci yarış günü də Azərbaycan idmançıları üçün uğursuz alınıb. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yeniyetmələr arasında çıxış edən gimnastlarımız fəxri kürsüyə yüksələ bilməyiblər. Samirə Mustafayevanın topla çıxışı 23,125 xal, Nigar Əbdüsəlimova isə lentlə rəqsi 20,975 xalla qiymətləndirilib və hər iki həmyerlimiz ilk “üçlük”dən kənarda qalıblar.
Qeyd edək ki, Avropa çempionatının birinci günündə S.Mustafayeva halqa, N. Əbdüsəlimova isə iplə hərəkətlərdə medal qazana bilməyiblər.
Qeyd edək ki, Avropa çempionatının birinci günündə S.Mustafayeva halqa, N. Əbdüsəlimova isə iplə hərəkətlərdə medal qazana bilməyiblər.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0