Bədii gimnastika üzrə XXV Avropa çempionatı Bakıda keçiriləcək
09.06.2008 - 09:39
Bakı. Kənan Həsənov - APA-Sport. Bədii gimnastika üzrə XXV Avropa çempionatı Bakıda keçiriləcək. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, bu haqda İtaliyanın Turin şəhərində təşkil olunan qitə birinciliyinin rəsmi bağlanış mərasimində açıqlama verilib. Mərasimin sonunda Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos birinciliyin bayrağını Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova təqdim edib. XXV Avropa çempionatının 2009-cu il mayın ortalarında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, analoji yarış ötən il də Bakıda təşkil olunub.
Qeyd edək ki, analoji yarış ötən il də Bakıda təşkil olunub.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0