Vitali Borisov Rusiya çempionatının son turunda 6-cı qolunu vurub
09.06.2008 - 10:29
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə Rusiya çempionatının 2007/08 mövsümü yekunlaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının üzvü Vitali Borisovun şərəfini qoruduğu “Dina” klubu yarışı qələbə ilə başa vurub. “Lipetsk” komandasını qəbul edən paytaxt təmsilçisi ilk görüşdə 4:1, ikinci matçda isə 6:3 hesablı qələbə qazanıb. Tərəflər arasında keçirilən ikinci qarşılaşmada qollardan birinə həmyerlimiz imza atıb. 32-ci dəqiqədə fərqlənən V.Borisov “Dina”nın əzmkar qələbəsində pay sahib olub. Beləliklə, futzalçımızın komandası 48 oyundan 73 xal toplayaraq, 6-cı yeri tutub. V.Borisov isə 17 matçda 6 qol vuraraq, klubun ən məhsuldar oyunçuları siyahısında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, transfer hüququ Naxçıvan “Araz”ına məxsus olan V.Borisov bu ilin yanvarından icarə əsasında “Dina”nın şərəfini qoruyur. Onun karyerasını “Dina”da davam etdirib-etdirməyəcəyi hələlik bilinmir.
Qeyd edək ki, transfer hüququ Naxçıvan “Araz”ına məxsus olan V.Borisov bu ilin yanvarından icarə əsasında “Dina”nın şərəfini qoruyur. Onun karyerasını “Dina”da davam etdirib-etdirməyəcəyi hələlik bilinmir.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0