Azərbaycan qılıncoynadanları reytinq cədvəlində mövqelərini qoruyublar
10.06.2008 - 10:10
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası bir neçə gün əvvəl keçirilən yarışların yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının dörd üzvündən üçünün mövqeyində dəyişiklik qeydə alınmayıb. Janna Muradqızı (18 xal) 93-cü, Səbinə Əmrahzadə (16 xal) 104-cü, Sevil Bünyatova (6 xal) 169-cu pillədəki mövqeyini qoruyub. Bir pillə geriləyən Aidə Ələsgərova (4 xal) 187-ci yeri tutub. Milli komandamızın mövqeyində də dəyişiklik olmayıb. Hesabında 107 xal olan yığmamız 33 komandanın sıralamasında 15-ci pillədəki yerini qoruyub.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0