Canluici Buffon azarkeşlərdən üzr istəyib
10.06.2008 - 13:14
Bern. Elşən Məmmədov – APA-Sport. Futbol üzrə İtaliya milli komandasının qapıçısı Canluici Buffon 2008-ci il Avropa çempionatında Hollandiya ilə keçirdikləri ilk görüşdə 0:3 hesablı məğlubiyyəti şərh edib. «APA-Sport» agentliyinin məlumatına görə, «Skuadra Adzurra»nın 31 yaşlı kapitanı bu görüşü yığma karyerası ərzində ən zəif oyun adlandırıb. C.Buffon uğursuz çıxışla əlaqədar kollektiv adından azarkeşlərdən üzr istəyib: «Mən komanda yoldaşlarımla danışdım və razılığa gəldik ki, azarkeşlərimiz qarşısında üzr istəyək. Biz belə alınacağını əsla gözləmirdik. Rumıniya və Fransa yığmalarına qarşı daha yaxşı çıxış edəcəyimizə söz veririk». Təcrübəli qolkiper, həmçinin qapılarına vurulan ilk qol zamanı rəqib hücumçu Ruud van Nistelroyun oyundankənar vəziyyətdə olduğunu vurğulayıb.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0