UEFA-nın baş katibi David Teylor: “Nistelroy qolu qaydalar çərçivəsində vurub”
10.06.2008 - 15:41
Bakı. Elşən Məmmədov – APA-Sport. Hollandiya milli komandasının futbolçusu Ruud van Nistelroyun Avropa çempionatı qarşılaşmasında İtaliya yığmasının qapısından keçirdiyi top qaydalar çərçivəsində qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA rəsmiləri belə qənaətə gəliblər. Bir sıra mütəxəssislər matçın 26-cı dəqiqəsində R.van Nistelroyun oyundankənar vəziyyətdən fərqləndiyini iddia edirlər. Lakin UEFA-nın baş katibi David Teylor bildirib ki, hollandiyalı hücumçu topu rəqib qapısından keçirərkən, italiyalıların müdafiəçisi Kristian Panuççi meydançanın hüdudlarından kənarda olub. Qol epizodundan az öncə yüngül zədə alan K.Panuççi meydançanı hakimin icazəsi olmadan tərk edib. Bu səbəbdən, o, oyunda olub. Başqa sözlə, hollandiyalı forvard «ofsayd»a düşməyib. D.Teylor deyib: “Qol qaydalar çərçivəsində vurulub. Təəssüf ki, bir sıra şəxslər, o cümlədən futbolçular da futbol qaydalarının 11-ci bəndi ilə tanış deyillər”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0