Azərbaycan otüstü hokkey yığması Ukraynada təlim-məşq toplanışı keçəcək
10.06.2008 - 16:02
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 21 yaşadək qızlardan ibarət otüstü hokkey üzrə milli komandası Ukraynada təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Səfərə iyunun 27-də yollanacaq yığmamız bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Rəqiblər və qarşılaşmaların tarixi yaxın günlərdə müəyyənləşəcək. Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd Avropa çempionatına hazırlaşmaqdır. Mixail Pinkovun yetirmələri Ukraynada bir həftəlik hazırlıq prosesinin ardından vətənə dönərək, məşqləri Bakıda davam etdirəcəklər.
Qeyd edək ki, 22-26 iyul aralığında Avstriyanın paytaxtı Vyanada baş tutacaq Avropa çempionatında milli komandamızın rəqibləri meydan sahibləri ilə yanaşı, Türkiyə və Slovakiya olacaq.
Qeyd edək ki, 22-26 iyul aralığında Avstriyanın paytaxtı Vyanada baş tutacaq Avropa çempionatında milli komandamızın rəqibləri meydan sahibləri ilə yanaşı, Türkiyə və Slovakiya olacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0