Türkiyə milli komandasının kapitanı Əmrə Belozoğlu zədələnib
10.06.2008 - 18:32
Bakı. Mehman Süleymanov. APA-Sport. Avropa çempionatında İsveçrə ilə matça hazırlaşan Türkiyə milli komandası növbəti itki ilə üzləşib. “APA-Sport”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, komandanın heyətindəki zədəlilərə kapitan Əmrə Belozoğlu da əlavə olunub. İyunun 9-da məşqdən sonra sağ baldırında şiddətli ağrı hiss edən futbolçu xəstəxanaya aparılıb. Əmrə xəstəxanada rentgen müayinəsindən keçirilib. Müayinənin nəticəsi hələlik açıqlanmayıb.
Xatırladaq ki, Portuqaliya ilə ilk matçda müdafiəçilər Gökhan Zan və Sərvət Çətin də zədə alıblar. G. Zan İsveçrəyə qarşı oynaya bilməyəcək, S. Çətinin isə durumu oyundan bir neçə saat əvvəl məlum olacaq.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0