Fatih Terim: “İsveçrə üzərində qələbə həm bizə, həm də azarkeşlər üçün vacib idi”
12.06.2008 - 11:13
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bu, əla hisslərdir. Futbolçular özlərinə inam hissinin artırmasına kömək edən qələbəni əldə etdilər. Mən onları əla oyun münasibətilə təbrik edirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Avropa çempionatının final mərhələsində qazandığı qələbədən sonra deyib. Yarışın təşkilatçılarından olan İsveçrəni məğlub edən türkiyəli mütəxəssis turnirin komandası üçün yeni başladığını bildirib: “Ən vacibi odur ki, ¼ finala çıxmaq uğrunda mübarizəni davam etdiririk. İsveçrəni məğlub etmək çətin olduğundan, qələbə həm bizə, həm də azarkeşlər üçün vacib idi. Bu üç xal qrupda son oyun öncəsi bizə böyük ümid verir. Açığı, yağışın bizə kömək edəcəyini düşünürdük. Ancaq göydən belə güclü yağış yağdığını təsəvvür edə bilməzdik. Allaha dua edirdim ki, yağış kəssin”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0