Azərbaycan yığması iyunun 14-də yoxlama görüşü keçirəcək
12.06.2008 - 15:01
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın kişilərdən ibarət basketbol üzrə milli komandası Zaqatalada keçirdiyi təlim-məşq toplanışını başa vurub. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Elxan Əliyev məlumat verib. Onun sözlərinə görə, milli komanda artıq Bakı Olimpiya Kompleksində hazırlığa başlayıb. Komandanın yerli klubların yığması ilə keçirəcəyi yoxlama oyunun vaxtı da dəqiqləşib. Beş gün əvvəl keçirilməsi nəzərdə tutulan matç iyunun 14-də baş tutacaq. Bu görüşün ertəsi isə milli komandamız Türkiyənin İstanbul şəhərinə, oradan da Şotlandiyaya yollanacaq.
Qeyd edək ki, basketbol yığmamız iyunun 17-də Şotlandiyada start götürəcək Avropa çempionatının C divizionunun A qrupunda Moldova , San-Marino və Cəbəllüttariqlə mübarizə aparacaq. B qrupunda isə Şotlandiya, Andorra, Uels və Malta yığmaları yer alıblar.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0