Qus Hiddink: “Yunanıstan yığmasının müdafiəsini yarmaq çox çətin olacaq”
13.06.2008 - 10:23
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Yunanıstan yığması adətən böyük qüvvə ilə müdafiə olunur. Onlarla oyunda bu divarı yarmaq çox çətin olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib. Hollandiyalı mütəxəssis Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının ikinci turunda Yunanıstanla qarşılaşacaq komandasının ilk oyundakı səhvləri təkrarlayacağına inanmır: “Bunun üçün yalnız ağıllı futbol oynamaq lazımdır. Yunanlar üstünlüyü rəqibə verməyi xoşlayırlar. Hesab edirəm ki, Avropa çempionu bu üstünlük üçün heç olmasa mübarizə aparmalıdır. Futbolçularımız İspaniya ilə matçda çox yaxşı dərs aldılar. Belə dərsi çox tez mənimsəmək olur. Cibimizdə içi dolu pul kisəsi var idi ki, onu açıb ispaniyalılara “buyurun, götürün” dedik. Biz həddən artıq ürəyi açıq uşaq olduq. Oyunun kasetinə 3 dəfə baxdım. İspaniyanın bizə əks hücumlarda necə qollar vurduğunu görənlər bizim sadəlövhlüyümüzə əmin oldular”.
Qeyd edək ki, ikinci turun Rusiya – Yunanıstan oyunu sabah keçiriləcək.
Qeyd edək ki, ikinci turun Rusiya – Yunanıstan oyunu sabah keçiriləcək.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0