Yoahim Löv: “Xorvatiya ilə matçda nəyə qadir olduğumuzu göstərə bilmədik”
13.06.2008 - 11:04
Bakı. Mehman Süleymanov – APA-Sport. “Komandamı Xorvatiyadan zəif saymıram. Ancaq bu gün daha ağıllı oynayan rəqibin qələbə qazanmaq istəyi böyük idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib. O bildirib ki, komandasının Avropa çempionatında Xorvatiyaya məğlubiyyəti (1:2) qanunauyğun olub: “Düzgün taktika seçən Xorvatiya meydanın mərkəzində bizi tamamilə üstələdi. Biz bu problemi oyun ərzində həll edə, nəyə qadir olduğumuzu göstərə bilmədik. Fasilədən sonra xətlər arasında boşluqlar yarandı ki, bunun da nəticəsində müdafiə xəttinə əlavə yük düşdü”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0