Arsen Venger: “Çexiya ilə oyunda həqiqətən fantastik bir Arda izlədim”
17.06.2008 - 11:11
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger Avropa çempionatının ¼ finalına yüksələn Türkiyə milli komandasının oyununu yüksək qiymətləndirib. “APA-Sport” agentliyinin məlumatına görə, fransalı mütəxəssis xüsusilə komandanın 21 yaşlı yarımmüdafiəçisi Arda Turan haqda xoş sözlər söyləyib: “Türkiyə yığması ilə bağlı sadəcə üç məqamı qeyd edəcəyəm. Çexiya ilə oyunda həqiqətən fantastik bir Arda izlədim. Türkiyə ikinci hissədə çox yaxşı oynadı. Fatih Terimi təbrik edirəm”. Hollandiya milli komandasının sabiq üzvü Pyer Van Hoydonk isə A.Turanın Avropa çempionatının ən yaxşı oyunçularından biri olduğunu bildirib: “Arda həqiqətən möhtəşəm oynadı. Onu izləməkdən zövq aldım. Arda Avropa çempionatının ən yaxşı futbolçularından biridir”.
Qeyd edək ki, transfer qiyməti 15 milyon avroya bərabər olan A.Turan müqavilə ilə “Qalatasaray” klubuna məxsusdur. Komandanın prezidenti Adnan Polat gənc futbolçunu yalnız özünün istədiyi təqdirdə sata biləcəklərini vurğulayıb.
Qeyd edək ki, transfer qiyməti 15 milyon avroya bərabər olan A.Turan müqavilə ilə “Qalatasaray” klubuna məxsusdur. Komandanın prezidenti Adnan Polat gənc futbolçunu yalnız özünün istədiyi təqdirdə sata biləcəklərini vurğulayıb.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0