Azərbaycanın cüdo hakimi beynəlxalq dərəcə alıb
17.06.2008 - 11:57
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın cüdo hakimi Elmar Babanlı beynəlxalq dərəcə almaq üçün Yunanıstanın paytaxtı Afinada təşkil olunan imtahandan uğurla çıxıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Nəzəri və praktiki sınaqlardan ibarət imtahana iki həmyerlimiz - Elmar Babanlı və Fariz Hüseynov qatılıblar. Öncə nəzəriyyədən imtahan verən hakimlərimizin bilikləri yüksək qiymətləndirilib. Daha sonra E.Babanlı və F.Hüseynov Afinada böyüklər arasında keçirilən beynəlxalq turnirdə hakimlik bacarıqlarını göstəriblər. Praktiki sınaq zamanı yalnız E.Babanlının idarəçiliyi bəyənildiyi üçün ona beynəlxalq dərəcəli hakim statusu verilib. Bununla da, E.Babanlı Azərbaycanın beynəlxalq dərəcəli üçüncü cüdo hakimi olub. İndiyədək Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo İttifaqının bayrağı altında keçirilən yarışlarda Zair Məmmədov və Valeh Məhərrəmov hakimlik etmək hüququna malik idi.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0