Azərbaycan avarçəkənləri Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyiblər
17.06.2008 - 12:32
Poznan. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası Polşanın Poznan şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamızın tarixində ilk dəfə təmsil olunduğu yarışda yalnız Kamal Məmmədov - Fikrət Məmmədov dueti mübarizə aparıb. Həmyerlilərimiz iki nəfərlik qoşa avarlı qayıqda 2000 metr məsafəyə yürüşdə qüvvələrini sınayıblar. Seçmə mərhələdə Türkiyə, Xorvatiya, Yeni Zelandiya və ABŞ idmançılarına rəqib olan avarçəkənlərimiz bu məsafəni 7 dəqiqə 22 saniyə 12 mikrosaniyəyə (7:22.12 dəq.) qət ediblər. Bu nəticə ilə K.Məmmədov – F.Məmmədov cütü 5 iştirakçı arasında sonuncu olub. Reqlamentə əsasən, ilk iki pillənin sahibləri yarımfinala, sonrakı üç pilləni tutanlar isə təsəlliverici yarışa vəsiqə qazanıb. Bu dəfə avarçəkənlərimizin nəticəsi nisbətən yaxşı olsa da (7:12.99 dəq.), yenə axırıncı yeri tutublar.
Qeyd edək ki, Pekin Olipiadasına lisenziyanı hər kateqoriyada ilk «üçlüy»ə girənlər qazanıblar. Turnirə iyunun 18-də yekun vurulacaq.
Qeyd edək ki, Pekin Olipiadasına lisenziyanı hər kateqoriyada ilk «üçlüy»ə girənlər qazanıblar. Turnirə iyunun 18-də yekun vurulacaq.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0