Azərbaycanın regionlarında futzal klubları yaradılacaq
17.06.2008 - 15:39
Bakı. Aqşin Əliyev - APA-Sport. “Biz Azərbaycanın regionlarında futzal klublarının yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirəcəyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan Futzal Federasiyasının (AFF) yeni prezidenti Zaur Axundov deyib. Futzal üzrə ölkə çempionatının, kubok yarışının, həvəskar komandalar arasında turnirlərin təşkili ilə bağlı bu gün AFFA-nın mənzil-qərargahında keçirilən tədbirdə çıxış edən Z.Axundov gələcəkdə klub və milli komanda səviyyəsində beynəlxalq miqyasda uğur qazanmaq üçün səylərini əsirgəməyəcəyini bildirib. AFF rəhbəri vurğulayıb ki, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədilə ölkəmizdə beynəlxalq yarışlar təşkil ediləcək. Daha sonra Z.Axundov 2008/09 mövsümündə ölkə çempionatında mübarizə aparmaq istəyən komandaların iştirak ərizələrini avqustun 20-dək federasiyaya təqdim etmələrinin vacibliyini söyləyib.
Qeyd edək ki, arxada qalan 14 milli çempionatda əsasən Bakı klubları mübarizə aparıblar. Son ölkə birinciliyində Naxçıvan “Araz”ı və Sumqayıtın eyniadlı komandası oynasa da, bu klublar elə paytaxtımızda fəaliyyət göstəriblər.
Qeyd edək ki, arxada qalan 14 milli çempionatda əsasən Bakı klubları mübarizə aparıblar. Son ölkə birinciliyində Naxçıvan “Araz”ı və Sumqayıtın eyniadlı komandası oynasa da, bu klublar elə paytaxtımızda fəaliyyət göstəriblər.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0