Lilian Türam və Klod Makelele Fransa yığmasında karyeralarını başa vurublar
18.06.2008 - 10:33
Bakı. Mehman Süleymanov - APA-Sport. Lilian Türam və Klod Makelele bir daha Fransa yığmasının formasını geyinməyəcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, hər iki futbolçu İtaliya ilə görüşdən sonra milli komandada karyeralarını başa vurduqlarını söyləyiblər. 35 yaşlı K.Makelele yığmada 71, 36 yaşlı L.Türam isə 142 oyun keçirib. Qeyd edək ki, L.Türam Fransa yığmasının heyətində 1998-ci ildə dünya, bundan iki il sonra Avropa çempionu olub.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0