Xorvatiya yığması Türkiyə ilə oyuna itkilərlə çıxacaq
18.06.2008 - 18:06
Vyana. Elşən Məmmədov – APA-Sport. İyunun 20-də keçiriləcək Avropa çempionatının ¼ final matçında Türkiyə milli komandası ilə qarşılaşacaq Xorvatiya yığmasında zədəlilər sırasına yenisi əlavə olunub. İtaliyanın «Parma» klubunda çıxış edən hücumçu İqor Budan dizindən aldığı zədə üzündən turnirlə vidalaşıb. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı futbolçu İtaliyada əməliyyat olunacaq. Türkiyə yığması ilə oyunu, müdafiəçi Dario Knejeviç, habelə, yarımmüdafiəçilər Dario Srna və İvan Rakitiç də buraxacaq.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanadakı «Ernst Happel» stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Matçı italiyalı referi Roberto Rozetti idarə edəcək.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanadakı «Ernst Happel» stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Matçı italiyalı referi Roberto Rozetti idarə edəcək.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0