Lars Laqerbek: “Rusiya yığmasının yarımfinala çıxmaq şansları var”
19.06.2008 - 11:31
Bakı. Mehman Süleymanov - APA-Sport. “İlk növbədə Rusiya yığmasını ¼ finala çıxmaq münasibətilə təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı oynadılar. Biz isə çox passiv idik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri İsveç milli komandasının baş məşqçisi Lars Laqerbek Rusiyaya (0:2) uduzduğu oyundan sonra deyib. Son 6 ildə ilk dəfə mötəbər turnirlərin final mərhələsində qrupda qalan isveçlilərin çalışdırıcısının buna görə məyus olduğunu gizlətməyib: “2000-ci ildə Belçika və Hollandiyada keçirilən Avropa çempionatından sonra ilk dəfə qrupdan çıxa bilmədik. Öz oyunumuzu tapa bilmədiyimiz üçün üzgünəm. Ola bilsin ki, psixoloji amil həlledici rol oynadı. Biz matçın əvvəlindən imkanlarının ən yüksək həddində oynaya bilən komanda deyilik. Rusiya yığması isə çox güclüdür. Qus Hiddinkin yetirmələrinin yarımfinala çıxmaq üçün bütün şansları var. Rusiya yığmasını yaxşı öyrəndiyimizdən, rəqib bizə heç bir sürpriz etmədi”.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0