Slovakiya otüstü hokkey yığması Bakıda keçiriləcək Avropa çempionatına qatılmaqdan imtina edib
19.06.2008 - 17:46
Bakı. Aqşin Əliyev - APA-Sport. 21 yaşadək oğlanlardan ibarət otüstü hokkey üzrə Slovakiya milli komandası Bakıda təşkil olunacaq Avropa çempionatı Çellencdə iştirakdan imtina edib. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Slovakiya yığmasının rəhbərliyi imtinanın konkret səbəbini göstərməyib. Artıq slovakiyalılar bununla bağlı Avropa Hokkey Federasiyasına məktub göndəriblər. Nəticədə qitə birinciliyində 4 komanda - Azərbaycan, Türkiyə, Yunanıstan və Cəbəllütariq qalıb. İştirakçıların sayı azaldığı üçün reqlament də dəyişib. Belə ki, iyulun 20-də start götürəcək yarış əvvəlki kimi bir deyil, iki dövrədən ibarət olacaq. İyulun 26-də yekunlaşacaq turnirin qalibi Avropa çempionatı Trofiyə vəsiqə qazanacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0