Fatih Terim: “Biz tarix yazdıq”
21.06.2008 - 11:28
Avropa çempionatının ¼ finalında Xorvatiyanı oyun sonrası penaltilərlə məğlub edən komandanın təcrübəli məşqçisi rəqib qarşısında psixoloji üstünlük qazandıqlarını bildirib: “İki illik çalışmanın nəticəsində yarımfinala yüksəlməklə tarix yazdıq. Çox xoşbəxtəm. Son saniyələrdə hesabı bərabərləşdirməyimiz rəqibi psixoloji cəhətdən sarsıtdı ki, bu da normal haldır. Çünki bundan sonra toparlanmaq çox çətindir. Xorvatiya üzərində qələbəmizdə psixoloji amil həlledici rol oynadı”. F.Terim qazanılan nəticə ilə kifayətlənməyəcəklərini vurğulayıb: “Ölkə olaraq, daha böyük uğurlar qazanmağımız lazımdır. Yarımfinalda Almaniya ilə super oyun keçirəcəyik. Amma bu qələbə ilə də dünyaya özümüzü xatırlatmış olduq”.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0