Slaven Biliç: “Türkiyə ilə oyunun son iki dəqiqəsini şərh etməyə söz tapmıram”
21.06.2008 - 10:45
Bakı. Kənan Həsənov - APA-Sport. “Türkiyə ilə oyunun son iki dəqiqəsini şərh etməyə söz tapmıram. Yəqin ki, bunu bütün həyatım boyu da edə bilməyəcəyəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç söyləyib. Gənc mütəxəssis komandasının Avropa çempionatının ¼ finalında Türkiyəyə məğlub olmasından şok keçirdiklərini etiraf edib: “Biz Türkiyədən də güclü komandaları məğlub etdik. Bu oyunun penaltilərə qalması bizim üçün bir şok oldu. Hər şey bitmiş kimi görünürdü. Fikrimcə, biz məğlub olmağa layiq deyildik”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0