Xorvatiya yığmasının kapitanı: “Türkiyə ilə matçın son saniyələrini həyatımın sonunadək unutmayacağım”
21.06.2008 - 12:00
Bakı. Kənan Həsənov - APA-Sport. “Türkiyə ilə oyunun son saniyələrini həyatımın sonunadək unutmayacağım. Çünki cəsarətimizin mükafatını ala bilmədik. Bu gecə yetərincə cəsur olsaq da, şansımız yox idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının kapitanı Niko Kovaç söyləyib. Avropa çempionatının ¼ finalında Türkiyəyə oyun sonrası penaltilərlə məğlub olduqlarını deyən təcrübəli futbolçu karyerasını bitirmək istədiyini qeyd edib: “Öncə açıqladığım qərarımda bir dəyişiklik yoxdur. Amma yenə də bu məğlubiyyətin təsirindən ayılıb, açıqlama vermək istəyirəm. Milli komandada məni əvəzləyəcək bir çox gənc oyunçunun olduğunu bilirəm”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0