Yoahim Löv: “Türklərin mentalitetini bilirəm”
22.06.2008 - 11:58
Bakı. Mehman Süleymanov – APA-Sport. “Türkiyə yığmasını yarımfinalda məğlub etmək üçün güc futbolu nümayiş etdirməliyik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Almaniya milli komandasının müdafiəçisi Kristof Metselder deyib. Finala vəsiqə qazanmaq üçün iyunun 25-də Türkiyə yığmasını məğlub etməli olan almanların aparıcı futbolçusu ciddi rəqiblə qarşılaşacaqlarını bildirib: “Türkiyə yığması ağlasığmaz komandadır. Onların oyunu gözlənilməzdir. Əlbəttə, biz türkiyəlilərə hörmət edirik və onlarla görüşə ciddi yanaşırıq. Qələbə qazanmaq üçün güc futbolu nümayiş etdirməliyik. Belə olan halda, Türkiyə yığması təzyiqə tab gətirməyəcək”. 90-cı illərin sonunda “Fənərbağça” komandasını çalışdırmış Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv də türkiyəlilərdən çəkinir. 48 yaşlı mütəxəssisin sözlərinə görə, yarımfinalda rəqiblərinin əsas gücü onların gözlənilməzliyindədir: “Türkiyəlilər turnirdə çıxışları ilə onlarla hesablaşmağın lazım olduğunu göstəriblər. Fərqi yoxdur tabloda hansı hesab qeydə alınıb. Türkiyə yığması gözlənilməz olduğu üçün təhlükəlidir. Mən onların mentalitetini bilirəm. Bununla belə, rəqibin oyununa uyğun oynamaq fikrində deyiləm. Yarımfinal matçında hansı taktika ilə oynamağı hələ götür-qoy edirəm. Fikrimcə, adət etdiyimiz 4-4-2 taktiki düzülüşündən imtina etməyəcəyik”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0