UEFA Türkiyə yığmasının müraciətini müsbət cavablandırmayıb
23.06.2008 - 10:39
Bakı. Mehman Süleymanov - APA-Sport. Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Türkiyə yığmasının müraciətini müsbət cavablamayıb. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA heyətlə bağlı ciddi problemləri olan türkiyəlilərin Almaniya ilə iyunun 25-də keçiriləcək yarımfinal görüşünə yeni futbolçular sifariş etməsinə icazə verməyib. Bununla bağlı UEFA rəsmisi Vilyam Qayar Avstriyanın paytaxtı Vyanada keçirilən mətbuat konfransında bəyan edib: “İştirak ərizələrinə yeni futbolçuların adlarının daxil edilməsi yalnız turnirdə ilk oyunadək mümkündür. Biz qaydaları dəyişmək niyyətində deyilik”. UEFA-nın güzəşt etməməyi Türkiyə yığmasını çətin vəziyyətdə qoyub. Belə ki, milli komandanın baş məşqçisi Fatih Terim almanlarla görüşdə sərəncamımda ikisi qapıçı olmaqla, 15 futbolçu qalıb. Volkan Dəmirəl, Əmrə Aşık, Arda Turan, Tuncay Şanlı cəza, Sərvət Çətin, Əmrə Güngör, Tümər Mətin, Nihat Kahveçi zədə səbəbindən yarımfinalda meydana çıxmayacaq. Türkiyə yığmasının əsas kapitanı Əmrə Belozoğlu isə zədəsini sağaldıb və fiziki hazırlığı normal olarsa, meydana çıxacağı gözlənilir.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0