Azərbaycanın kamandan oxatanı sabah Dünya Kubokunda mübarizəyə qoşulacaq
23.06.2008 - 11:50
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Fransanın Boe şəhərində kişi və qadınlar arasında kamandan oxatma üzrə Dünya Kuboku start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, turnirdə Azərbaycanın şərəfini bir idmançı - Emil Akçurin qoruyacaq. Fərdi yarışda, recurve növündə 72 ox atacaq həmyerlimiz təsnifat mərhələsini adlamaq üçün ilk “64-lüy”ə düşməlidir. Əks təqdirdə, E.Akçurin mübarizəni erkən dayandıracaq. Komanda yarışlarında isə ölkəmiz təmsil olunmayacaq. Bunun əsas səbəbi səfərə 3-dən az idmançının yollanmasıdır. Dünya Kubokuna iyunun 28-də yekun vurulacaq.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0