Azərbaycan gimnastları İtaliyadan 1 gümüş, 1 bürünc medalla qayıdırlar
23.06.2008 - 15:35
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Prato şəhərində bədii gimnastika üzrə “Trofeo Kariprato” beynəlxalq turniri başa çatıb. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yarış Azərbaycan gimnastları üçün uğurlu alınıb. Qadınlar arasında mübarizə aparan milli komandamızın üzvü Anna Qurbanova fərdi çoxnövçülükdə gümüş medal qazanıb. Yeniyetmələrin birinciliyində çıxış edən Səidə Abdullayeva 5-ci yeri tutub. Bu nəticələrlə turniri üçüncü pillədə başa vuran komandamız bürünc medala sahib çıxıb.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0