Almaniya - Türkiyə oyununu isveçrəli hakim Massimo Buzakka idarə edəcək
23.06.2008 - 17:07
Bakı - APA-Sport. Avstriya və İsveçrədə keçirilən futbol üzrə 13-cü Avropa çempionatının yarımfinal və final görüşlərini idarə edəcək hakimlərin adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 25-də oynanılacaq Almaniya - Türkiyə matçı isveçrəli hakimlərə tapşırılıb. Qarşılaşmanın baş hakimi Massimo Buzakka olacaq. Çempionatın ən ucaboy hakiminə (195 sm) həmyerliləri Mattias Arnet və Stefan Kuhat yardım edəcək. Dördüncü hakim funksiyasını isveçli Peter Fröydfeldt yerinə yetirəcək. İspaniya və Rusiya arasında baş tutacaq digər yarımfinal oyunu Belçika Futbol Federasiyasından Frank De Blekker, Peter Hermans ve Aleks Verstratenə həvalə olunub. Bu qarşılaşmanın dördüncü hakimi yunansıtanlı Kiros Vassaras olacaq. Həmçinin, UEFA final matçına italiyalı Roberto Rozettini təyin edib. Beləliklə, R.Rozetti həm açılış, həm də bağlanış oyununu idarə etmiş hakim kimi Avro-2008-in tarixinə düşəcək. Həlledici görüş iyunun 29-da Vyananın “Ernst Happel” stadionunda keçiriləcək.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0