Avstriya milli komandasının baş məşqçisi istefa verib
24.06.2008 - 12:29
Vyana. Elşən Məmmədov - APA-Sport. Avstriya və İsveçrədə davam edən futbol üzrə Avropa çempionatının ilk istefası reallaşıb. «APA-Sport» agentliyinin məlumatına görə, Yozef Hikersberger Avstriya milli komandasının baş məşqçi postu ilə vidalaşıb. 60 yaşlı mütəxəssis istefa qərarını çox yorulması ilə əsaslandırıb: «Mən gedirəm. Çox yorulmuşam. Mənə sərbəst vaxt və istirahət lazımdır. İtirdiyim enerjini bərpa etməliyəm. Missiyam başa çatdı».
Qeyd edək ki, qitə birinciliyində B qrupunda yer alan Avstriya millisi Xorvatiya və Almaniyaya 0:1 hesabı ilə məğlub olsa da, Polşadan xal almağı bacarıb – 1:1. Nəticədə cəmi 1 xalla kifayətlənən Y.Hikersbergerin komandası qrupda III yeri tutaraq, ¼ finala vəsiqə qazana bilməyib.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0