Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə avqustun 6-7-də Gəncə İdman Sarayında ikinci dəfə “Ganja Cup” üzgüçülük yarışı təşkil olunacaq.
Apasport.az xəbər verir ki, turnirdə iştirak etmək istəyən üzgüçülər müəyyən olunmuş minimum “World Aquatics” (WA) bal tələblərinə cavab verməlidirlər.
Belə ki, 2016-2017-ci il təvəllüdlü iştirakçılar üçün minimum 150 WA, 2014-2015-ci il təvəllüdlülər üçün 200 WA, Open kateqoriyasında çıxış edəcək idmançılar üçün isə minimum 280 WA balı tələb olunur.
Qeyd edək ki, “Ganja Cup” ötən ildən etibarən Azərbaycan Üzgüçülük Federasiyasının təqvim yarışlarından biri kimi keçirilir.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM