Matey Kejman: “Xorvatiya ilə oyunda hakim Türkiyə millisinə kömək etdi”
24.06.2008 - 13:22
Bakı. Elşən Məmmədov - APA-Sport. “Xorvatiya - Türkiyə matçı o qədər də maraqlı alınmadı. Amma görüşün dramatik sonluğu baxımlılıq sarıdan istənilən çatışmazlığı kölgədə qoymağa qadirdir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Serbiya yığma komandasının və Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Matey Kejman deyib. 29 yaşlı futbolçunun fikrincə, Avropa çempionatının ¼ final matçında Türkiyə millisinin Xorvatiya üzərində qələbəsində italiyalı baş hakim Roberto Rozettinin də rolu olub: “Xorvatiyalıların düşdüyü vəziyyətə çox təəssüflənirəm. Məncə, onların rəqiblərinə hakim istər-istəməz kömək etdi. Belə ki, Rozetti əlavə vaxtın sonunda Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliçin əvəzləmə etməsinə imkan vermədi. Sonra isə heç nədən bir dəqiqə artıraraq, türklərin hesabı bərabərləşdirməsinə imkan yaratdı”.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0