Arsen Venger: “Avropa çempionatının ən yaxşı oyunçusu Ballakdır”
25.06.2008 - 10:16
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Mixaelin oyununun sadəliyi, effektliliyi xoşuma gəlir. O, komandasına heç də az fayda vermir. Avro-2008-in oyunlarına əsasən, Ballak turnirin ən yaxşı oyunçusudur”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger deyib. 59 yaşlı fransalı mütəxəssis Almaniya milli komandasının kapitanı Mixael Ballakı Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının ən yaxşı oyunçusu sayır: “Ballaka görə sevinirəm. Almaniyada heç də həmişə ona layiq olduğu münasibəti bəsləməyiblər. Artıq indi o əsl liderdir. Ötürmələr verir, orta sahədə aparıcı rol oynayır. Başla qol vurmaq lazım olanda isə həmin yerdə Ballak peyda olur. Onu qiymətləndirməmək olmur”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0