Azərbaycanın 4 sərbəst güləşçisi Avropa çempionatının finalına çıxıb
25.06.2008 - 18:08
Dauqavpils. Elşən Məmmədov - APA-Sport. Latviyanın Dauqavpils şəhərində davam edən yeniyetmələr arasında Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə qoşulub. Millimizin baş məşqçisi Firdovsi Umudovun «APA-Sport» agentliyinə verdiyi məlumata görə, artıq pəhləvanlarımızdan 4-ü finala çıxıb. Belə ki, Toğrul Əskərov (46 kq), Hacı Əliyev (54 kq), İbrahim Yusubov (63 kq) və Aslan Cəbişov (100 kq) bu axşam qızıl medal uğrunda görüşə çıxacaqlar. Daha bir güləşçimiz – Fərid Mustafayev (76 kq) isə qızıl medal şanslarını itirib. O, bürünc medal qazanmaq üçün təsəlliverici qarşılaşmalara qatılacaq.
Qeyd edək ki, yarışın ilk günündə sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, yarışın ilk günündə sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıblar.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0