Yoahim Löv: “Komandamız şücaət göstərməyə qadir olduğunu sübut etdi”
26.06.2008 - 10:34
Bakı. Mehman Süleymanov - APA-Sport. “İlk növbədə futbolçularımızı təbrik etmək istəyirəm. Finala çıxdıq və artıq bu, çox böyük nailiyyətdir. Bugünkü matç əsl döyüşə bənzəyirdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avropa çempionatının finalına çıxan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib. Yarımfinalda Türkiyəni məğlub edən (3:2) almanların 48 yaşlı çalışdırıcısı bildirib ki, futbolçuları çox yorulub: “Türkiyə yığması gözlədiyimiz kimi güclü oynadı. Rəqib xüsusilə texniki planda yaxşı təsir bağışlayırdı. Əlbəttə, işimiz heç də asan olmadı. Oyunumuzu tapa bilmirdik. Matçın gedişində yetirmələrim çoxlu səhvlərə yol verdi, təkbətək mübarizələrdə həddən artıq uduzdu. Bununla belə, hesab 2:2 olandan sonra komanda xarakter nümayiş etdirdi. Üçüncü qolu vurduğumuz kombinasiya çox gözəl alındı”. Finalda rəqibin fərqinə varmayan Y.Löv titul qazanmaq haqda düşünür: “Finalda hər şey ola bilər. Komandamız şücaət göstərməyə qadir olduğunu sübut etdi. Əlbəttə, indi finalda da qalib gəlmək istəyirik”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0