Semih Şəntürk: “Yaxşı oynadığımız matçda uduzmağımız bizi çox üzdü”
26.06.2008 - 10:37
Bakı. Kənan Həsənov - APA-Sport. “Yaxşı oynadığımız matçda uduzmağımız bizi çox üzdü. Heyətdə olan məlum problemlərə rəğmən, meydana çıxanlar əzmlə mübarizə apardılar. Almanların qapımıza cəmi üç təhlükəli həmləsi olsa da, hamısını qola çevirdilər. Hərçənd, hesabı bərabərləşdirdikdən sonra bir anlıq oyun sonrası penaltilərdə qələbə qazanacağımızı düşündüm. Rəqib bizi sırf təcrübə baxımından üstələdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə milli komandasının hücumçusu Semih Şəntürk söyləyib. Gənc futbolçu Avropa çempionatının yarımfinalında Almaniyaya 2:3 hesabı ilə uduzan komandasının gələcəkdə daha böyük nailiyyətlər qazanacağını bildirib: “Artıq deyiləsi heç nə yoxdur. Bu çempionatda lazımi təcrübə qazandıq. Növbəti turnirlərdə daha böyük uğurlar əldə edəcəyik”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0